Azərbaycanın qadın cüdoçuları Bakıda təlim-məşq toplanışındadır

Azərbaycanın qadın cüdoçuları Bakıda təlim-məşq toplanışındadır Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıda "Atilla" idman klubunda təlim-məşq toplanışındadır.
Fərdi
24 Dekabr , 2021 10:43
Azərbaycanın qadın cüdoçuları Bakıda təlim-məşq toplanışındadır

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Bakıdakı "Atilla" idman klubunda təlim-məşq toplanışındadır.

"Report"un məlumatına görə, hazırlıq prosesinə 30-dək idmançı qatılıb.

Yığmanın aparıcı üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı İrina Kindzerska toplanışda iştirak etmir. Ukraynalı legioner hazırda ölkəsində olduğu üçün təlimlərə qoşulmayıb. Hazırlıq prosesi dekabrın 29-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışı keçir.

Son xəbərlər

Orphus sistemi