Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatını medalsız başa vurublar.
"Report"un məlumatına görə, Nürəddin Novruzov (61 kq) üçüncü yer uğrunda, Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşlərdə uduzaraq medal qazanmaq şanslarını itiriblər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar.