Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.
Fərdi
10 Noyabr , 2024 14:08
Azərbaycanın stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.

"Report"un məlumatına görə, seçmə komandanın üzvləri bu məqsədlə Çin Xalq Respublikasına yollanıblar.

Şəbnəm Mansurova, Banu Baytallı, Onur Quluzadə və Tunar Bağırov baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərində, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli isə, məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə Hebey şəhərində yerləşən stolüstü tennis mərkəzində hazırlıq keçəcək.

Toplanışlar noyabrın 27-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi