Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 4 medal qazanıblar.
Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın sonuncu günündə F5 yaş kateqoriyasında Zülfiyyə Hüseynova (70 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışda 2 qızıl və 2 bürünc medal əldə ediblər. Milli çempionatı ümumi hesabda 12-ci yerdə başa vurub.