Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci olub Turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıb
Fərdi
2 Dekabr , 2023 13:05
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci olub

Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Qış İdman Növləri Federasiyasından "Report"a verilən məlumata görə, o, “Bosphorus Istanbul Cup 2023“də 112,47 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi