Növbəti həftədən etibarən 50-dən artıq azərbaycanlı mütəxəssis beynəlxalq cüdo akademiyasında təhsil almağa başlayacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.
Onun sözlərinə görə, mütəxəssislər 8 aylıq təhsil alacaqlar. Rəsullu Beynəlxalq Cüdo Federasiyası və Avropa Cüdo İttifaqı ilə əməkdaşlıq şəraitində çalışacaqlarını söyləyib: "Regionlarda cüdonun inkişafı üzrə tədbirlərin keçirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması, hakimlərin peşəkarlıq səviyyələrinin artırılması, daxili yarışlarının sayının artırılması da qarşıda duran vəzifələrdir".
Milli komandaya gəldikdə, Rəsullu bildirib ki, ilin ilk iki ayı ərzində ümumiıikdə 29 medal qazanılıb ki, onlardan 14-ü böyüklərdən ibarət millinin payına düşüb.