Olimpiadada azarkeşlərə mahnı oxumamaları tövsiyə olundu

Olimpiadada azarkeşlərə mahnı oxumamaları tövsiyə olundu Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında azarkeşlər qışqırmadan və mahnı oxumadan idmançılara dəstək olmalıdır.
Fərdi
3 Fevral , 2021 16:39
Olimpiadada azarkeşlərə mahnı oxumamaları tövsiyə olundu

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında azarkeşlər idmançılara qışqırmadan və mahnı oxumadan dəstək olmalıdır.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) təqdim etdiyi "Tokio-2020"nin qaydalarının birinci versiyasında bildirilib.

Qərar koronavirus pandemiyası səbəbindən qəbul edilib. İnfeksiya öskürək, danışmaq, qışqırmaq və ya mahnı oxumaq yolu ilə havadakı damcılar vasitəsilə yayılır. Bu səbəbdən fanatlar tribunalarda yalnız alqışlardan istifadə etməyə çalışmalıdırlar.

Olimpiada ilə bağlı qaydaların növbəti versiyası apreldə dərc ediləcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi