"Futbolda olduğu kimi, etnosporta marağın artması üçün infrastruktur layihələrinin olması vacibdir".
"Report"un məlumatına görə, bunu Qambiyanın gənclər və idman naziri Bakari Badji Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında deyib.
Funksioner etnoidman növlərini inkşaf etdirmək üçün beynəlxalq dəstəyin vacibliyini ön plana çəkib: "Qambiyada güləş çox populyardır. Əhali futbola böyük rəğbət bəsləyir. Bizim ölkədə 2-ci ən böyük idman növü güləş hesab edilir. Ənənəvi idman növlərinə də böyük diqqət var. Bu sahəni daha yaxşı inkişaf edəcəyik".