12 - 14 martda Bakıda keçiriləcək Karate-1 Premyer Liqa turnirinin proqramı açıqlanıb.
"Report" Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsində 60 kq, 67 kq, 75 kq, 84 kq, və 84+ kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Qadınlar isə 50 kq, 55 kq, 61 kq, 68 kq və 68+ kq çəkilərində yarışacaqlar. Kata, kumite və hər iki növdəki komanda yarışlarında qızıl medal qazananlar 750 avro əldə edəcəklər.
Gümüş medalçılar 500 avro, üçüncü yerin sahibləri isə 200 avro alacaq.
Bakı Kristal Zalında təşkil ediləcək yarışa dünyanın ən güclü karateçilərinin qatılacağı gözlənilir.