Bakıda V Beynəlxalq Etnosport Forumunun iştirakçıları birgə bəyanat imzalayıblar.
"Report" xəbər verir ki, bəyanatı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif, Nigerin gənclər və idman naziri Sekou Doro Adamou, Meksika Milli Bədən Tərbiyəsi və İdman komissiyasının (CONADE) baş direktoru Ana Gabriela Guevara Espinoza, Qambiyanın gənclər və idman naziri Bakary Badjie, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev imzalayıblar.
Bəyanatın məqsədi ənənəvi idman növlərinin milli və beynəlxalq səviyyədə inkişafı, dəstəklənməsi və yayılmasıdır.
Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatacaq.