Azərbaycan millisi noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə dünya çempionatında bir idmançı ilə təmsil olunacaq.
Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 4 gün davam edəcək yarışda Mixail Malkin iştirak edəcək.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq. Bakıda ilk dəfə təşkil olunacaq yarış batut gimnastikası üzrə 35-ci mundialdır.