"Formula 1"ə görə bağlanmış yollar sabah açılır, beton bloklar iyunun 20-dək götürüləcək

"Formula 1"ə görə bağlanmış yollar sabah açılır, beton bloklar iyunun 20-dək götürüləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.
Fərdi
13 İyun , 2022 11:38
Formula 1ə görə bağlanmış yollar sabah açılır, beton bloklar iyunun 20-dək götürüləcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi