Belarus atleti dünya rekorduna imza atıb

Belarus atleti dünya rekorduna imza atıb 16 yaşlı yüngül atlet Matvey Volkov gənclər arasında şüvüllə tullanma üzrə dünya rekorduna imza atıb
Fərdi
13 Fevral , 2021 05:42
Belarus atleti dünya rekorduna imza atıb
Matvey Volkov

On altı yaşlı yüngül atlet Matvey Volkov gənclər arasında şüvüllə tullanma üzrə dünya rekorduna imza atıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, Polşanın Lodze şəhərində keçirilən yarışda 5,6 metr hündürlüyü qət edib. Bu, dünyada 18 yaşdan aşağı atletlər arasında ən yaxşı nəticə sayılır.

Xatırladaq ki, Volkov Rusiyanı tərk edib. O, ötən ilin oktyabrında Belarus vətəndaşlığı alıb.

Son xəbərlər

Orphus sistemi