Belaruslu ağırlıqqaldıran Aleksey Mjaçik dünyasını dəyişib.
"Report" "Weightlifting.by" saytına istinadən xəbər verir ki, 25 yaşlı idmançı Almaniyada avtomobil qəzasında vəfat edib.
Qeyd edək ki, Aleksey Mjaçik 109 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. O, 2016-ci ildə Rio olimpiadasının iştirakçısı olub. Mjaçik 2015-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.