Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb.
Fərdi
16 Sentyabr , 2024 16:34
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 7 şəxsin adı yer alıb.

Namizədlərin adlarını təqdim edirik:

Feysəl ibn Hüseyn (İordaniya)

Sebastyan Kou (Böyük Britaniya)

Kirsti Koventri (Zimbabve)

Xuan Antonio Samaranç (İspaniya)

Yohan Eliaş (İsveç)

David Lappartyen (Fransa)

Morinari Vatanabe (Yaponiya)

Qeyd edək ki, ötən ay BOK-un hazırkı prezidenti Tomas Baxın yenidən təşkilata rəhbərlik etməyəcəyi dəqiqləşib. O, 2013-cü ildən komitəyə rəhbərlik edir. Qrumun prezidenti seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi