Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Aleksander Povetkini müvəqqəti olaraq diskvalifikasiya edib.
"Report" xəbər verir ki, bu barədə ITA-nın mətbuat xidməti məlumat yayıb.
Antidopinq qaydalarını pozmaqda şübhəli bilinən A.Povetkin Moskva antidopinq laboratoriyasının məlumat bazası əsasında oktyabrın 21-dən etibarən müvəqqəti diskvalifikasiya olunub.
Qeyd edək ki, idmançının qaydaları pozması halı 2014-cü ilin oktyabrında qeydə alınıb.