Avropa çempionatı: Güləşçilərimizdən son gündə 2 qızıl, 2 bürünc medal - YENİLƏNİB

Avropa çempionatı: Güləşçilərimizdən son gündə 2 qızıl, 2 bürünc medal - YENİLƏNİB Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.
Fərdi
20 İyun , 2021 20:09
Avropa çempionatı: Güləşçilərimizdən son gündə 2 qızıl, 2 bürünc medal - YENİLƏNİB

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, 60 kq-da yarışan Fərid Xəlilov finalda Levente Levay (Macarıstan) üzərində 6:3 hesablı qələbə qazanaraq, çempion olub.

71 kq-dakı Ruslan Nurullayev Dimitar Raçevə (Bolqarıstan) 9:0 hesabı ilə qalib gələrək, Avropa üçüncüsü olub.

19:46

Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.

51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl sərbəst güləşçilərdən Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq) və Abdulrəhman İbrahimov (60 kq) gümüş, Yusif İsparov (45 kq) və Zenfira Haşımova (46 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Fəraim Mustafayev (48 kq), Fərid Baxışlı (55 kq) Avropa çempionu, Kənan Abdullazadə (65 kq) isə qitə üçüncüsü olub.

Son xəbərlər

Orphus sistemi