Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
"Report" xəbər verir ki, 29 komandadan 100 boksçusunun iştirakı ilə təşkil edilən yarışın V günündə final görüşləri baş tutub.
Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Ruslan Qədirov, Ümid Rüstəmov, Tayfur Əliyev, Malik Həsənov, Nəbi İsgəndərov, Niyaməddin Allahverdiyev, Mirşərif Kazımzadə, Murad Allahverdiyev, Eldar Quliyev, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub. İkinci pilləyə BFL yiyələndiyi halda, “üçlüy”ü “Qızıl Əlcək” qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi” İK) isə ən yaxşı məşqçi adına layiq görülüb.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Azərbaycan çempionatı
V günün nəticələri
48 kq
Həsənağa İbrahimli (MOİK) – Həsən Məlikov (BFL) – 0:5
51 kq
Məsud Yusifzadə (BFL) – Nihad Ağakişiyev (“Neftçi” İK) – 5:0
54 kq
Əhməd Əhmədov (“Məhsul” İC) – Ruslan Qədirov (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib
57 kq
Ümid Rüstəmov (DİN İK) – Maqsud Xasmetov (“Abşeron” İK) – 5:0
60 kq
Tayfur Əliyev (Naxçıvan) – Fuad Tarverdi (“Qızıl Əlcək” İK) – 5:0
63,5 kq
Ruslan Rüstəmov (BFL) – Malik Həsənov (“Neftçi” İK) – 0:5
67 kq
Nəbi İsgəndərov (“Neftçi” İK) – Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – 5:0
71 kq
Niyaməddin Allahverdiyev (Gəncə) – Rəşad Həsənov (BFL) – 5:0
75 kq
Mirşərif Kazımzadə (“Zabit” İK) – Rəhim Əliyev (“Qızıl Əlcək” İK) – 3:2
80 kq
Murad Allahverdiyev (“Neftçi” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 4:1
86 kq
Eldar Quliyev (“Neftçi” İK) – Sürət Qarayev (“Səbail” İK) – 5:0
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Tural Həsənov (Z-1 İK) – 5:0
+92 kq
İsmayıl Yaqubov (“Neftçi” İK) – Məhəmməd Abdullayev (BFL) – 0:5