Boksçularımız üçün Olimpiya Təsnifat Turnirinin bərpa tarixi bilindi

Boksçularımız üçün Olimpiya Təsnifat Turnirinin bərpa tarixi bilindi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yeni tarixi bəlli olub.
Fərdi
1 Dekabr , 2020 09:23
Boksçularımız üçün Olimpiya Təsnifat Turnirinin bərpa tarixi bilindi

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yeni tarixi bəlli olub.

"Report" "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, martda koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış yarış 2021-ci ilin aprelində gerçəkləşəcək.

8 kişi və 5 qadın kateqoriyasındakı qarşılaşmalar 22 - 26 apreldə olacaq.

Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Tayfur Əliyev 1/4 finala yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.

Son xəbərlər

Orphus sistemi