Azərbaycan boksçusu Avropa çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında ikinci qələbəsini qazanıb Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.
Fərdi
15 Mart , 2022 20:34
Azərbaycan boksçusu Avropa çempionatında ikinci qələbəsini qazanıb
Nəbi İsgəndərov

Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.

"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.

Boksçumuz 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau ilə olacaq.

Qeyd edək ki, bu gün axşam seansında yığmamızın digər üzvü Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.

Son xəbərlər

Orphus sistemi