Bosniyalı tennisçi oyun vaxtı hakimi ölümlə hədələdi

Bosniyalı tennisçi oyun vaxtı hakimi ölümlə hədələdi Bosniya və Herseqovina tennisçisi Damir Cümhur Meksikanın Akapulko şəhərindəki turnir zamanı diskvalifikasiya edilib
Fərdi
15 Mart , 2021 10:35
Bosniyalı tennisçi oyun vaxtı hakimi ölümlə hədələdi
Damir Cümhur

Bosniya və Herseqovina tennisçisi Damir Cümhur Meksikanın Akapulko şəhərindəki turnir zamanı diskvalifikasiya edilib.

"Report"un məlumatına görə, idmançı Niderland təmsilçisi Botik van de Zanshall ilə görüşdə hakimlərlə mübahisə edib.

İlk setdə hesab 5:5 olarkən Cümhur rəqibin zərbəsindən sonra yan xətt hakiminin səhvə yol verdiyini bildirib. O, hakimlə mübahisəyə başlayıb, onu intiqam alacağı, həmçinin öldürəcəyi ilə hədələyib.

Daha sonra hakim qarşılaşmanı dayansdırıb və tennisçini diskvalifikasiya edib.

Son xəbərlər

Orphus sistemi