Böyük Britaniya idmançısı Paris-2024-də iştirak edə bilməyəcək

Böyük Britaniya idmançısı Paris-2024-də iştirak edə bilməyəcək Beynəlxalq Atçılıq Federasiyası (FEI) britaniyalı olimpiya çempionu Şarlotta Dyujardenin Paris Yay Olimpiya Oyunlarında iştirakını qadağan edib.
Fərdi
24 İyul , 2024 10:47
Böyük Britaniya idmançısı Paris-2024-də iştirak edə bilməyəcək

Beynəlxalq Atçılıq Federasiyası (FEI) britaniyalı olimpiya çempionu Şarlotta Dyujardenin Paris Yay Olimpiya Oyunlarında iştirakını qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

FEI-nin komissiyası idmançını 6 ay müddətinə yarışlardan kənarlaşdırıb. Diskvalifikasiyaya Ş.Dyujardenin heyvanlara qarşı amansızlıq etməsi səbəb olub. FEI bu qərarı 4 il əvvəl çəkilən videoya baxdıqdan sonra verib. Kadrlarda idmançının atı 24 dəfə qamçıladığı görünür.

Ş.Dyujarden karyerası ərzində üç olimpiadada (2012, 2016, 2020) iştirak edib. O, Olimpiya Oyunları tarixində ən çox medal qazanan britaniyalı jokey olub.

Son xəbərlər

Orphus sistemi