Böyük Dəbilqə: Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB

Böyük Dəbilqə: Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.
Fərdi
3 Aprel , 2021 19:19
Böyük Dəbilqə: Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı final görüşündə yaponiyalı dünya çempionu Aaron Volfa cərimə xalı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə "bürünc" uğrunda görüşdə avstriyalı Stefan Hegyiyə uduzaraq, medalsız qalıb.

16:15

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı Estoniya təmsilçisi Qriqori Minaskin ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn Kotsoyev adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı dünya çempionu Aaron Volfu sınağa çəkəcək.

Yarışa 1/16 finaldan start verən Kotsoyev əvvəlcə fransalı Sirill Maredən güclü olub. Növbəti mərhələdə xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdıran idmançı 1/4 finalda isə Avstriya təmsilçisi Kayhan Özçiçek-Takagi üzərində qələbə qazanıb.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Elmar Qasımov isə turniri medalsız başa vurub. 1/16 finalda maltalı İsaak Bezzinaya qalib gələn Qasımov növbəti mərhələdə Kayhan Özçiçek-Takagi ilə bacarmayıb.

100 kq-dan yuxarı çəki dərəcəsindəki Uşanqi Kokauri isə bürünc medal görüşünə çıxacaq. Onun rəqibi Stefan Hegyi (Avstriya) olacaq. Kokauri ardıcıl olaraq, Daniel Allerstorfer (Avstriya) və Alişer Yusupovu (Özbəkistan) məğlub etsə də, yarımfinalda yaponiyalı Hisayoşi Harasavaya uduzub.

Qeyd edək ki, Azərbaycan 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi