Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.
Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub. Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.
Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı finala gedən yolda İnal Tasoyevlə (Rusiya) qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Kokauri bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Yur Speykers (Niderland) olacaq.
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.
Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.
Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.