Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır Azərbaycanın daha 12 cüdoçusu bu gün Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaqlar.
Fərdi
5 Noyabr , 2022 08:48
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 12 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev və Vüsal Qələndərzadə tatamiyə çıxacaq.

81 kq-da Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev və Ömər Rəcəbli medal qazanmağa çalışacaq.

Qadınların yarışında 63 kq-da Aytac Qardaşxanlı ilə Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva və Günel Həsənli qüvvəsini sınayacaq.

Böyük Dəbilqə

73 kq

Rüstəm Orucov - Ertur Turdubayev (Qırğızıstan) / Keysei Nakano (Filippin) cütünün qalibi

Hidayət Heydərov - Marçin Kovalski (Polşa)

Telman Vəliyev - Daniyar Şamşayev (Qazaxıstan)

Vüsal Qələndərzadə - Abubakr Şerov (Tacikistan)

81 kq

Səid Mollayi - Alfonso Urquiza (İspaniya)

Elcan Hacıyev - Cakomo Qamba (İtaliya)

Zelim Tçkayev - Mustafa Hebib (Bosniya və Herseqovina)

Ömər Rəcəbli - Attila Unqvari (Macarıstan)

63 kq

Aytac Qardaşxanlı - Samalay Yergaliyeva (Qazaxıstan)

Nərgiz Hacıyeva - Habibe Afyonlu (Türkiyə)

70 kq

Südabə Ağayeva - Martina Espozito (İtaliya)

Günel Həsənli - Luisa Bonilla (Kolumbiya)

Qeyd edək ki, turnir noyabrın 6-da başa çatacaq. Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi