Böyük Dəbilqə: Səid Mollayi Azərbaycanın cüdo yığmasında debüt edəcək

Böyük Dəbilqə: Səid Mollayi Azərbaycanın cüdo yığmasında debüt edəcək Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.
Fərdi
9 İyul , 2022 09:22
Böyük Dəbilqə: Səid Mollayi Azərbaycanın cüdo yığmasında debüt edəcək

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, ikinci yarış günündə 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərov, 81 kq-da isə milli komandanın yeni üzvü Səid Mollayi, həmçinin Zelim Tçkayev qüvvəsini sınayacaq.

Artıq idmançıların ilk rəqibləri bəllidir. Orucov braziliyalı Daniel Karnini, Heydərov ABŞ-dan olan Cek Yonezukanı sınağa çəkəcək.

Mollayinin rəqibi Aybol Nissanali (Qazaxıstan) - Atanasios Melonelis (Yunanıstan) cütünün qalibi olacaq. Tçkayev isə startda Zaur Dvalaşvili (Gürcüstan) - Bendequz Demeter (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 4 Azərbaycan cüdoçusu medal qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi