Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın son yarımfinalçısı Niderland təmsilçisi Aniş Giri olub.
O, 1/4 finalda fransalı Maksim Vaşye-Laqravı 3:1 hesab ilə məğlub edərək növbəti raunda vəsiqə əldə edib.
Daha əvvəl isə Maqnus Karlsen, Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) yarımfinala yüksəliblər.
Qeyd edək ki, bu mərhələdə Karlsen Nepomnyaşi ilə, So isə Giri ilə üz-üzə gələcək. Görüşlər 18 - 19 martda oynanılacaq.
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 3 yarımfinalçı müəyyənləşib.
"Report"un məlumatına görə, "Magnus Carlsen Invitational" adlanan yarışın 1/4 finalında Karlsen, Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) növbəti raunda vəsiqə qazanıb.
Onlar 1/4 finalda müvafiq olaraq, Levon Aronyan (Ermənistan), Alireza Firuzca (FIDE) və Hikaru Nakamuranı (ABŞ) mübarizədən kənarlaşdırıb.
Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) görüşü isə davam edir. İlk 3 partiyadan sonra Niderland şahmatçısı 2:1 hesabı ilə öndədir.
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 1/4 finalın 2-ci görüşlərinə start verilib.
"Report"un məlumatına görə, bugünkü qarşılaşmalardan sonra cütlüklər arasında bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün 1/4 finalın 2-ci görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, bununla da "Magnus Carlsen Invitational" adlanan yarışda yarımfinalçılar müəyyənləşəcək.
1/4 final mərhələsinin ilk günündə Karlsen Ermənistan təmsilçisi Levon Aronyana, ABŞ-dan olan Uesli So FIDE bayrağı altında mübarizə aparan Alireza Firuzcaya qalib gəlib. Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) qarşılaşmaları isə heç-heçə ilə yekunlaşıb - 2:2.
Bugünkü qarşılaşmalardan sonra cütlüklər arasında bərabərlik qeydə alınarsa, 2 blits partiya və ehtiyac yarandıqda armageddon oynanılacaq.
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirin təsnifat mərhələsində mübarizəni dayandırıblar.
"Magnus Carlsen Invitational"
1/4 final, 2-ci görüşlər
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan) - 2:1
İlk görüş - 2,5:0,5
Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) - 2,5:0,5
İlk görüş - 2:2
Uesli So (ABŞ) - Alireza Firuzca (FIDE) - 2,5:0,5
İlk görüş - 2,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) - 1:3
İlk görüş - 2:2
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanır.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.