Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha 5 tur oynanılıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən 1 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Teymur Rəcəbov isə oyunlarından 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.
Çempionlar Turu, VI mərhələ
"The FTX Crypto Cup"
25 may
XI tur
Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov - 0:1
Aniş Giri (Niderland) - Teymur Rəcəbov - 1:0
XII tur
Teymur Rəcəbov - Dinq Liren (Çin) - 1:0
Şəhriyar Məmmədyarov - Aniş Giri (Niderland) - 0,5:0,5
XIII tur
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
XIV tur
Teymur Rəcəbov - Daniil Dubov (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
XV tur
Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov - 1:0
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 1:0
Beləliklə, 1/4 finalda görüşəcəklər:
Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)
Oyunlar 26 - 27 mayda keçiriləcək. 28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.