Çempionlar Turu: Rəcəbov 3, Məmmədyarov 2 qələbə ilə başladı

Çempionlar Turu: Rəcəbov 3, Məmmədyarov 2 qələbə ilə başladı Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start verilib.
Fərdi
25 Aprel , 2021 02:06
Çempionlar Turu: Rəcəbov 3, Məmmədyarov 2 qələbə ilə başladı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizəyə start verilib.

"Report" xəbər verir ki, "New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.

Birinci yarış günündə ilk 5 turun görüşləri oynanılıb. Rəcəbov oyunlarından 3-nü qələbə ilə başa vurub. Onun qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyan və təşkilatçı Maqnus Karlsenlə qarşılaşmalarında heç-heçə qeydə alınıb.

Məmmədyarov isə gecəni 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə qapayıb.

New In Chess

24 aprel

I tur

Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya) - 1:0

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0

II tur

Teymur Rəcəbov - Aryan Tari (Norveç) - 1:0

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE) - 1:0

III tur

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov - 0,5:0,5

Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov - 0:1

IV tur

Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan) - 0,5:0,5

Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç) - 1:0

V tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:0

Son xəbərlər

Orphus sistemi