Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ABŞ-ın 3 şahmatçısına qarşı

Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ABŞ-ın 3 şahmatçısına qarşı Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Fərdi
25 Aprel , 2021 09:00
Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ABŞ-ın 3 şahmatçısına qarşı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün daha 5 tur oynanılacaq.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Yan-Kşiştof Duda (Polşa) ilə ağ, Alireza Firuzca (FIDE) və Rameşbabu Praqqnanandha (Hindistan) ilə qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov isə Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Qaveyn Cons (Böyük Britaniya), Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşacaq.

Çempionlar Turu, V mərhələ

"New In Chess"

25 aprel

VI tur

Qaveyn Cons (Böyük Britaniya) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)

VII tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya)

VIII tur

Le Kuanq Lyem (Vyetnam) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Yan-Kşiştof Duda (Polşa)

IX tur

Rameşbabu Praqqnanandha (Hindistan) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Lenyer Dominges (ABŞ)

X tur

Vidit Qucrati (Hindistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Uesli So (ABŞ)

Qeyd edək ki, ilk oyun günündən sonra Rəcəbov 4 xalla 1-ci, Məmmədyarov 2,5 xalla 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi