Çempionlar Turu: Rəcəbov yenidən Karlsenlə üz-üzə

Çempionlar Turu: Rəcəbov yenidən Karlsenlə üz-üzə Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
Fərdi
29 May , 2021 10:52
Çempionlar Turu: Rəcəbov yenidən Karlsenlə üz-üzə
Teymur Rəcəbov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olub. Bu gün də eyni hesab qeydə alınsa, tay-brek oynanılacaq.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşacaq.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)

İlk oyun - 2:2

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)

İlk oyun - 2,5:1,5

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.

Son xəbərlər

Orphus sistemi