Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub

Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.
Fərdi
29 Sentyabr , 2021 23:01
Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub
Teymur Rəcəbov

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Çempionlar Turu
Final mərhələsi
V tur

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Vladislav Artemyev (Rusiya) - 1,5:2,5

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 1,5:2,5

Yan-Kşiştof Duda (Polşa) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5

Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2,5:0,5

Uesli So (ABŞ) - Aniş Giri (Niderland) - 3,5:2,5

Xal durumu: Maqnus Karlsen - 26,5 xal, Uesli So - 21,5 xal, Teymur Rəcəbov - 15 xal, Levon Aronyan - 15 xal, Hikaru Nakamura - 12 xal, Maksim Vaşye-Laqrav - 11,5 xal, Vladislav Artemyev - 11,5 xal, Aniş Giri - 10,5 xal, Şəhriyar Məmmədyarov - 5,5 xal, Yan-Kşiştof Duda - 5 xal.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq VI turda Rəcəbov So ilə, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi