Çempionlar Turu: Məmmədyarov ardıcıl üç gün Aronyanla qarşılaşacaq

Çempionlar Turu: Məmmədyarov ardıcıl üç gün Aronyanla qarşılaşacaq Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.
Fərdi
3 Avqust , 2021 07:40
Çempionlar Turu: Məmmədyarov ardıcıl üç gün Aronyanla qarşılaşacaq
Şəhriyar Məmmədyarov

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də bu gün 1/4 final görüşlərinə start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gələcək.

1/4 final mərhələsi iki gün davam edəcək. 36 yaşlı qrossmeyster ötən gün XIV turda Aronyanla heç-heçə edib. O, təsnifat mərhələsini 9 xalla 7-cı pillədə tamamlayıb.

Çempionlar Turu

1/4 final cütləri

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland)

Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam)

Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya)

Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi