Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.
"Report"un məlumatına görə, Şəhriyar Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. I və III partiyada rəqibi ilə heç-heçə edən 36 yaşlı qrossmeyster II və IV qarşılaşmasında məğlubiyyətlə üzləşib. Məmmədyarov yekunda 1:3 hesabı ilə uduzub.
Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyovla qarşılaşıb. 4 görüşün hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Rəcəbov burada rəqibinə məğlub olub 0,5:1,5.
Çempionlar turu
25 sentyabr
I tur
Teymur Rəcəbov - Vladislav Artemyov (Rusiya) - 2:2 (tay-breyk - 0,5:1,5)
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:3
Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:0,5
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2 (tay-breyk davam edir)
Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ) - 2:2 (tay-breyk 1,5:0,5 )
Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.