Azərbaycan dünyada tanınmış idman ölkəsinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə MOK ilə "Visa" beynəlxalq kart təşkilatının birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanda Olimpiya hərəkatı inkişaf edir: "Azərbaycanda Olimpiya hərəkatının yaranmasına müəyyən dərəcədə nail olunub. Azərbaycanda ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, bir sıra idman növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Bu tədbirlərin həyata keçirilməsində Milli Olimpiya Komitəsinin tərəfdaşları hər zaman yanımızda olublar.
Ümid edirəm ki, bütün sponsorlarımız, o cümlədən, "Visa" ilə birgə Parisdə növbəti qələbələr qazanacağıq".