Cokoviç zədə səbəbindən “Rolan Qarros” turnirində çıxışını başa vurub

Cokoviç zədə səbəbindən “Rolan Qarros” turnirində çıxışını başa vurub “Rolan Qarros” tennis turnirinin üçqat qalibi serbiyalı Novak Cokoviç cari turnirdən imtina edib.
Fərdi
4 İyun , 2024 20:12
Cokoviç zədə səbəbindən “Rolan Qarros” turnirində çıxışını başa vurub

“Rolan Qarros” tennis turnirinin üçqat qalibi, serbiyalı Novak Cokoviç Fransada keçirilən yarışda çıxışını erkən başa vurub.

“Report” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Serbiyalı tennisçi sağ dizi zədələndiyi üçün mübarizəni dayandırmaq qərarı verib.

Cokoviç "Rolan Qarros" turnirinin 1/4 finalında norveçli Kasper Ruudla qarşılaşmalı idi.

Son xəbərlər

Orphus sistemi