Rusiyanın cüdo üzrə olimpiya çempionu Sergey Novikov dünyasını dəyişib.
"Report" Rusiya Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, tanınmış idmançı 72 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Bununla əlaqədar Portuqaliyanın paytaxtı Lissabonda bu gün start götürən Avropa çempionatının açılış mərasimi 1 dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Sergey Novikov Monreal-1976 Yay Olimpiya Oyunlarının qalibi olub. Onun hesabında Avropa çempionatının 3 qızıl, 2 gümüş və 4 bürünc medalı da var. Novikov həm də sambo üzrə Avropa çempionluğunu qazanıb.