Danışılmış matçlarda iştirak etmiş tennisçiyə 7 illik qadağa

Danışılmış matçlarda iştirak etmiş tennisçiyə 7 illik qadağa Özbəkistan tennisçisi Temur İsmailov 7 il müddətinə diskvalifikasiya olunub.
Fərdi
23 Dekabr , 2020 13:17
Danışılmış matçlarda iştirak etmiş tennisçiyə 7 illik qadağa

Özbəkistan tennisçisi Temur İsmailov 7 il müddətinə diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, 25 yaşlı idmançı danışılmış matçlarlarda iştirakda günahlandırılır.

O, həmçinin 12 min ABŞ dolları məbləğində cərimələnib.

Sanksiya dekabrın 18-də qüvvəyə minib. İsmailova hər hansı tennis yarışında oynamaq və ya başqa bir şəkildə iştirak etmək qadağan edilib.

Qeyd edək ki, tennisçinin 3 dəfə (2014, 2015 və 2019-cu illərdə) danışılmış qarşılaşmaların iştirakçısı olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi