Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 55 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada fransalı Zakariya Diyolla üz-üzə gəlib. Rəqibinə cərimə xalları ilə mğlub olan Oruczadə gümüş medalla kifayətlənib.
50 kq-da çıxış edən Məhəmməd Məmişov isə bürünc medal görüşündə ABŞ təmsilçisi David Leyvaya ipponla uduzaraq, 5-ci yeri tutub.
Azərbaycan cüdoçusu Şahin Oruczadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında keçirilən dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 55 kq-da çıxış edən idmançı ilk görüşündə ermənistanlı Vahe Aqasyanı, ardınca Birləşmiş Ərəb Əmirliklərindən olan Ail Mehdini məğlub edib. Finala gedən yolda isə o, gürcüstanlı Saba Sabaşvilini mübarizədən kənarlaşdırıb.
Oruczadə həlledici qarşılaşmada Fransa təmsilçisi Zakariya Diyolla üz-üzə gələcək.
50 kq-da yer alan Məhəmməd Məmişov isə yarımfinaladək irəliləsə də, bu raundda macarıstanlı Sebastyen Kollarla bacarmayıb. O, bürünc medal görüşündə ABŞ təmsilçisi Deyvid Leyvanı sınağa çəkəcək.