Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb.
"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib - 9:5.
Abakarov əvvəlki görüşlərində Ahmed Dudarovu (Almaniya) 7:0, Məhəmməd Əliyevi (Ukrayna) 13:2, Sandro Aminaşvilini (Gürcüstan) 10:2 hesabı ilə yenib. Yarımfinalda o, ABŞ təmsilçisi Deyvid Teylora 2:6 hesabı ilə uduzaraq, finala yüksələ bilməyib.
Qeyd edək ki, bu, Abubakr Abakarovun böyüklər arasında dünya çempionatlarında ilk medalıdır.