Dünya çempionatı: Azərbaycanın son iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın son iki güləşçisi mübarizəyə başlayır Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq
Fərdi
4 Oktyabr , 2021 10:51
Dünya çempionatı: Azərbaycanın son iki güləşçisi mübarizəyə başlayır
Turan Bayramov

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.

70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)

97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)

Bu gün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.

92 kq

Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)

Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi