Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb Azərbaycanın 2 yunan-Roma və 1 qadın güləşçisi mübarizəyə start verib
Fərdi
12 Sentyabr , 2022 13:51
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 82 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə Qazaxıstan təmsilçisi Dias Kalenlə üz-üzə gəlib.

Rəqibinə 1 dəqiqə 50 saniyəyə tuşe (təmiz qələbə) ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşdə Macarıstandan olan Tamaş Levai ilə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq. Onlardan hələlik yalnız Niftullayevin rəqibi dəqiqləşib. 97 kq-da çıxış edən idmançı İtaliyanı təmsil edən Nikoloz Kakelaşvili ilə güləşəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın 2 yunan-Roma və 1 qadın güləşçisi mübarizəyə start verib.

Son xəbərlər

Orphus sistemi