Dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Fərdi
14 Oktyabr , 2021 17:02
Dünya çempionatında iştirak edəcək Azərbaycan gimnastlarının adları açıqlanıb

Oktyabrın 18-də Yaponiyanın Kitakyuşu şəhərində start götürəcək idman gimnastikası üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

"Report"un məlumatına görə, yığma 7 gün davam edəcək yarışda 3 idmançı ilə təmsil olunacaq.

Ölkəni kişilərin mübarizəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov, qadınlarda Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcək.

Tokio-2020-də çıxış etmiş qadın idman gimnast Marina Nekrasovanın isə mundialda iştirakı nəzərdə tutulmayıb.

Son xəbərlər

Orphus sistemi