Dünya çempionu: "Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı"

Dünya çempionu: "Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı" "Finaldakı rəqibim gənc və perspektivli idmançı idi. Artıq bir dəfə Avropa çempionu olub. Çox yaxşı mübarizə apardı".
Fərdi
11 Oktyabr , 2021 23:08
Dünya çempionu: Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı
Roman Vlasov
0 : 00
0 : 00

"Finaldakı rəqibim gənc və perspektivli idmançı idi. Artıq bir dəfə Avropa çempionu olub. Çox yaxşı mübarizə apardı".

"Report"un məlumatına görə, bunu Rusiyanın yunan-Roma güləşçisi Roman Vlasov Norveçin paytaxtı Oslodakı dünya çempionatının finalında Azərbaycan təmsilçisi Sənan Süleymanovla görüşü barədə "İzvestiya" nəşrinə müsahibəsində deyib.

77 kq-da mübarizə aparan idmançı 2:1 hesabı ilə qələbə qazandığı həlledici qarşılaşmanın asan keçmədiyini bildirib: "Görüşə fərqli hazırlaşmışdım. Düşünürdüm ki, xalça üzərinə çıxıb öz fəndlərimi tətbiq edəcək və qalib gələcəyəm. Amma rəqib cəmi 1 xal verdi. Xoşbəxtlikdən daha 1 xal götürdüm və bunu qoruya bildim. Rəqibin itiriləsi heç nəyi yox idi. Mübarizənin sonunda çox yoruldum, hətta uduzacağımı düşündüm".

Qeyd edək ki, finalda uduzan Sənan Süleymanov gümüş medalla kifayətlənib.

Son xəbərlər

Orphus sistemi