Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) mükafatlandırılıb.
"Report"un məlumatına görə, fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Azərbaycan himnini səsləndirib.
Qeyd edək ki, Cəfərov finalda iranlı Məhəmməd Cavad Rezayiyə qalib gələrək dünya çempionu olub.