Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
"Report"un məlumatına görə, o, finalda Fransa təmsilçisi Mannon Brunetə 15:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında finala yüksəlib.
"Report"un məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gəlib.
Başta həlledici görüşdə Fransa təmsilçisi Mannon Brunetlə qarşılaşacaq.
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, rəqib yaponiyalı idmançı Emura Misakini olub. 15:11 hesabı ilə qalib gələn Başta adını yarımfinala yazdırıb.
Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 finala yüksəlib.
Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.
Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.
Onun yarımfinaldakı rəqibi yaponiyalı Misaki Emuraya olacaq.