Rusiyanın Soçi şəhərindəki qadın və kişi şahmatçılar arasında Dünya Kubokunun iştirakçıları bir neçə dəfə koronavirus testindən keçəcəklər.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç TASS-a müsahibəsində bildirib.
O, iştirakçıların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə hazırlaşdıqlarını söyləyib: "Şahmatçılar bizə güvənirlər. Onlardan bir çoxu peyvənd olunub. Bu səbəbdən, qorxu daha azdır. Turnir ərzində hər kəsi virusa qarşı bir neçə dəfə testdən keçirəcəyik".
Qeyd edək ki, iyulun 10-da start götürəcək Dünya Kuboku avqustun 8-dək davam edəcək. Yarışa 206 kişi, 103 qadın şahmatçı qatılacaq. Azərbaycanı yarışda 4 kişi və 3 qadın şahmatçı təmsil edir.