Əsas odur ki, medal var və Azərbaycan bayrağı yüksəlib.
Bunu “Report”a açıqlamasında Azərbaycanın veteran cüdoçusu Zülfiyyə Hüseynova ABŞ-nin Las-Veqas şəhərində iştirak etdiyi dünya çempionatı ilə bağlı danışarkən deyib.
Yarışda bürünc medal qazanan cüdoçu nəticəni normal hesab edib:
“Üçüncü yeri tutdum. Əsas odur ki, medal var və Azərbaycan bayrağı yüksəlib. Məsafə çox uzaq idi, yorğunluq, həmçinin arada 12 saat fərq var idi. Bu da öz təsirini göstərdi. Allahın qisməti idi ki, üçüncü yerə çıxdım. Las-Veqasda veteran cüdoçularımız iki qızıl medal qazandılar. Həmçinin iki “bürünc” oldu. Ümidvaram ki, növbəti dünya çempionatlarında bürünc medallarımız qızıl olar və sayları artar. Medalı olmayanlar da mükafatlar uğrunda yarışarlar”.
Qeyd edək ki, Azərbaycanın veteran cüdoçuları Las-Veqasda təşkil olunan mundialda 2 qızıl və 2 bürünc medal əldə ediblər. Milli çempionatı ümumi hesabda 12-ci yerdə başa vurub.