Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb.
Bu barədə "Report"a 31 yaşlı idmançının özü məlumat verib.
Təcrübəli cüdoçu hazırda yığma ilə birlikdə Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışında olduğunu söyləyib. O, milliyə dönüşünü Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin dəyişməsi ilə əlaqələndirib: "Xoşagəlməz insanları dəyişdilər, xoşagələn insanlar gəldi. Artıq elə adamlar yoxdur. Məşqçilərimiz yaxşıdır və federasiya hər şeyin yaxşı olacağını bildirib".
Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olub. O, 2017-ci ildə dünya çempionatında bürünc, 2012 və 2014-cü il Avropa çempionatlarında müvafiq olaraq bürünc və gümüş medal qazanıb.