Rusiyalı xokkeyçi İlya Altıbarmakyanda kokain aşkarlanıb.
"Report" Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm "SKA-1946"da oynayan 19 yaşlı erməni əsilli hücumçunun dopinq testində kokain izlərinə rast gəlinib.
Altıbarmakyan 4 il müddətinə diskvalifikasiya edilib. O, B nümunəsinin açmaqdan imtina edib. İdmançının cəzanı yumşaltmaq üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ var.
Qeyd edək ki, İlya Altıbarmakyan 2020-ci fevralına qədər gənclər liqasında çıxış edib.